Almanın insan orqanizminə İNANILMAZ FAYDASI

Almanın insan orqanizminə İNANILMAZ FAYDASI

Kuinzlənd Universiteti və Almaniyanın Neyrodegenerativ Xəstəliklər Mərkəzinin tədqiqatçıları alma yeməyin faydalarını müəyyənləşdirmək üçün araşdırma aparıb.

Publika.az xəbər verir ki, mütəxəssislər alma yeməyin neyrodegenerativ xəstəliklərin qarşısını almaqda faydalı ola biləcəyi qənaətinə gəlib.

Siçanlar üzərində təcrübə aparan alimlər yetkin siçanların beyin kök hüceyrələrini kultivasiya edib və onlara almanın tərkibində olan fitonidləri əlavə edib.

Tədqiqatçıların fikrincə, müəyyən fitonidlər beyin də daxil olmaqla, orqanların işinə müsbət təsir göstərir: bədəndə fiziki aktivliklə eyni təsiri var və bu da neyrogenezi stimullaşdırır.

Araşdırmanın nəticələri “Stem Cell Reports” elmi jurnalında dərc olunub.

Mənbə: publika.az