“F-22 Raptor” birincidir

“F-22 Raptor” birincidir

“Defence Blog” saytı dünyanın ən yaxşı qırıcılarının siyahısını dərc edib.

Saytın keçirdiyi sorğuya əsasən, ABŞ-ın “F-22 Raptor” təyyarəsi 40 faiz səslə dünyanın ən yaxşı qırıcısı seçilib. İkinci yerdə isə 14 faiz səslə Rusiyanın “Su-35” qırıcısı qərarlaşıb. Fransanın “Rafale” qırıcısı (13 faiz) 3-cü yerə layiq görülüb. ABŞ-ın “F-35 Lightning II”, “F-15 Eagle”, “F/A 18E/F Super Hornet”, Rusiyanın “Su-57”, Çinin “J-20” və Avropanın “Tayfun” qırıcıları da siyahıda yer alıb.

Xəbəri “Forbes” verib.

Mənbə: xalqqazeti.com