Ayfon sifariş etdi, amma almalı yoqurt gətirdilər

Ayfon sifariş etdi, amma almalı yoqurt gətirdilər

Şirkət əvəzində almalı yoqurt gətirdi

İnternetdən telefon və ya digər avadanlıqlar sifariş edib əvəzində isə başqa bir məhsul alan insanlar haqqında saxta xəbərlər zaman-zaman gündəmə gəlir. Bənzər hadisələr həm ölkəmizdə, həm də xaricdə baş verir.

"Apple"-nin rəsmi saytından 1 563 dollar ödəyərək 256 GB həcmində bir "iPhone 12 Pro Max" modeli alan bir qadın sifarişinin yerinə alma yoqurtu gəldiyini bildirib.

Hadisə şərqi Çinin Anhui əyalətində yaşanıb. Liu adlı qadın "Apple"nin rəsmi saytı üzərindən onlayn telefon sifarişi edib.

Ödəmədən sonra sifarişin qeydə alındığı, telefonun 2 gün ərzində çatdırılacağı bildirilib.

Lakin qadın karqo mərkəzinə gedib bağlamanı götürəndə onun telefon yox, almalı yoqurt olduğunu görüb.

 

Mənbə: sherg.az