“Intel” patent hüququnu pozduğuna görə $2.2 mlrd. ödəyəcək

“Intel” patent hüququnu pozduğuna görə $2.2 mlrd. ödəyəcək

ABŞ-ın Texas ştatının münsiflər heyəti “Intel”in patent hüququnun pozulmasına görə 2.18 milyard dollar təzminat ödəməsini əmr edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, iddia “VLSI Technology LLC” tərəfindən qaldırılıb.

Hər iki patent hesablama mikrosxemlərinin enerji istehlakını minimuma endirmək metodlarını əhatə edir.

Məhkəmədə “Intel” bu metodları “NXP” və ya “Freescale”dən köçürmədiyini və əslində şirkətin bu hədəflərə çatmaq üçün daha mürəkkəb metodlar icad etdiyini bildirib.

Bununla yanaşı, “Intel”in Covid-19 fonunda məhkəmə prosesini təxirə salmaq cəhdləri nəticəsiz qalıb və yanvar ayında Apelyasiya Məhkəməsi aktiv istintaq prosesinə başlayıb.

Qeyd edək ki, bu iş hələ də açıqdır. Məhkəmə bu qanunun səhv tətbiq olunduğunu sübut edə bilər. Yox, bu mümkün olmasa, “Intel”in apelyasiya şikayətini vermək imkanı olacaq. Uğursuzluq halında, bu, ABŞ tarixindəki ən böyük patent məhkəmə qərarlarından biri olacaq.

Mənbə: banker.az