“YouTube” “TikTok”un analoqunu test etməyə başlayıb

“YouTube” “TikTok”un analoqunu test etməyə başlayıb

“YouTube” videohostinqi “TikTok”un analoqu olan “Shorts” xidmətinin beta versiyasını test etməyə başlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “XDA Developers” portalı məlumat yayıb.

Qeyd edək ki, əvvəllər bu xidmətin mart ayında təqdim edilməsi planlaşdırılıb, lakin ABŞ üçün bu funksiya yalnız fevral ayının sonunda əlçatan olub.

“TikTok”da olduğu kimi, “Shorts” da uzunluğu bir dəqiqədən çox olmayan videolar paylaşmaq imkanını verir. Videolar arasında keçid etmək üçün roliki yuxarı sürüşdürmək kifayət edir.

Bundan əlavə, istifadəçilər videolara “bəyənirəm” və ya “bəyənmirəm” qiymətini verə, şərh yaza və onu digər sosial şəbəkələrdə paylaşa bilərlər. “TikTok”dan fərqli olaraq, burada videolara musiqi əlavə etmək mümkün deyil.

Xatırladaq ki, “YouTube Shorts” xidmətinin istifadəyə verilməsi haqqında daha əvvəl şirkətin məhsul direktoru Nil Mohan məlumat vermişdir. Yeniliklər sırasında həmçinin “virtual alqışlar” funksiyası və “YouTube Kids” üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş alətlər daxil olmuşdur.

2021-ci ilin fevral ayında “Facebook” “TikTok” ilə rəqabət aparmaq məqsədilə yeni “Bars” xidmətini işə salacağını açıqlamışdır. Orada istifadəçilər rep oxuya və roliklərini digər insanlarla paylaşa biləcəklər.

Mənbə: banker.az