Yapon milyarder Aya uçmaq üçün səkkiz nəfərlik komanda toplayır

Yapon milyarder Aya uçmaq üçün səkkiz nəfərlik komanda toplayır

Amerikanın “SpaceX” şirkətinin ilk kosmik turisti olacaq yapon milyarder Yusaku Maedzava özü ilə Aya uçmaq üçün səkkiz nəfərlik komanda toplayır.

Banker.az bu barədə “İZ.ru”ya istinadən xəbər verir.

Sahibkar bunu “Twitter” səhifəsində yayımladığı video mesajında söyləyib.

“Bu missiyada iştirak etmək üçün komanda yığıram. Mənə dünyanın hər yerindən səkkiz nəfər lazımdır. Ümumilikdə bu səfərdə 10-12 nəfər iştirak edəcək”, – mesajda deyilir.

İş adamının sözlərinə görə, onunla birlikdə uçacaq hər kəs iki meyara cavab verməlidir: yer üzərindəki fəaliyyətləri haqqında danışmalıdır və komanda ilə birgə çalışmağa hazır olmalıdır. Verilən məlumata görə, uçuş 2023-cü ildə baş tutacaq.

Qeyd edək ki, Maezavanın Aya uçacağı barədə ilk məlumatlar 2018-ci il 18 sentyabrda yayılmağa başlayıb.

Mənbə: banker.az