Bu, ölümcül xəstəliyin əlaməti ola bilər - İngilis həkimlər

Bu, ölümcül xəstəliyin əlaməti ola bilər - İngilis həkimlər

Həzm pozğunluğu mədəaltı vəz xərçənginin əlaməti ola bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda ingilis həkimlərinin məlumatlarına istinadən Express nəşri yazıb.

Həkimlərin fikrincə, bu tip xərçəng xəstəliyi zamanı xəstələr sinədə yanma hissi və ağızda acı dad hiss edə bilərlər. Bundan əlavə, qarında arxa tərəfə uzanan narahatlıq da xəstəliyi göstərə bilər. Ağrı daimi və ya dövri ola bilər, uzanan vəziyyətdə isə xəstənin halı daha da pisləşir. Yeməkdən sonra simptomlar daha da güclənə bilər.

Bundan əlavə, həkimlər mədəaltı vəzin bədxassəli neoplazması meydana gəldikdə bir insanın arıqlaya biləcəyini qeyd ediblər. Xəstələr eyni zamanda ürəkbulanma, iştahsızlıq, qəbizlik və ya ishaldan şikayət edirlər. Bu simptomlar görünəndə həkimlə əlaqə qurmağa və müayinədən keçməyə dəyər, - mütəxəssislər deyir.

Mənbə: qaynarinfo.az