Türkiyənin “Cobra II” MRAP-larının yeni versiyası ən təhlükəli missiyalara hazırdır

Türkiyənin “Cobra II” MRAP-larının yeni versiyası ən təhlükəli missiyalara hazırdır

 

Türkiyənin “Otokar” şirkəti “Cobra II”nin mövcud və gələcək təhdidlərə qarşı minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayıb. Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

4x4 təkər formuluna malik “Cobra II” yüksək hərəkətlilik və daşıma qabiliyyətinə malikdir.

Yeni nəsil “Cobra II” istifadəçilərə yüksək ballistik və mina qorunması təklif edir.

“Cobra II” MRAP-ları “Otokar”ın bütün zirehli maşınları kimi modul dizaynına malikdir. Fərqli variantları ilə 11 nəfərə qədər personal daşıya bilən vasitə istifadəçi tələblərinə uyğun olaraq 3 və ya 5 qapı kimi konfiqurasiya edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az