Təyyarələr daha yüksək sürətlə uçacaq - Çin alimlərindən yeni ixtira

Təyyarələr daha yüksək sürətlə uçacaq -

Çində ilk dəfə metal tozu ilə işləyən reaktiv mühərrik sınaqdan keçirilib.

Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

Məlumata görə, Çin alimləri yanma kamerasında aviasiya kerosini əvəzinə metal yanacağından istifadə edən mühərrikin yerüstü sınaqlarını keçiriblər.

Tərtibatçılar hesab edirlər ki, bu texnologiya təyyarələrin daha yüksək sürət əldə etməsinə imkan verəcək və gələcəkdə uzunmüddətli hipersəs uçuşlarını təmin edə bilər.

Mənbə: bizim.media