Dünəndən maqnit qasırğası başlayıb - Martda təhlükəli günlər

Dünəndən maqnit qasırğası başlayıb - Martda təhlükəli günlər

Martın 2-dən 2021-ci ilin ilk ən uzun maqnit qasırğası günləri başlayıb.

Milli.Az xəbər verir ki, mart ayında belə günlər çox olacaq.

Maqnit dalğaları bəzi qrup insanları, meteohəssas şəxsləri halbahal edir.
Bəs bu günlərdə sağlamlığı necə qorumalı?

Günəşdə baş verən partlayışlar səbəbindən yerin maqnit sahəsinə təsir artır.

Gündüz saatlarında yolda və nəqliyyatda insanların ayaq üstündə yuxulaması, əzginlik hiss etməsi, bədənə istilik gəlməsi, aşırı əsəbilik müşahidə edilir.

Psixoloji zəif, meteohəssas və nevroloji xəstələrdə xəstəliyin simptomları daha da fəallaşıb, panik atak tutmaları kəskin artıb.

Bu günlərdə təcili yardım, nevropotoloqlara insanların müraciəti və zəngləri də artır.

Həkimlər belə günlərdə gündüz saatlarında açıq havada, gün altında az olmağı, gün batandan sonra aktiv gəzintilərə çıxmağı tövsiyyə edir. Nevroloji xəstələr həkimi ilə məsləhətləşib dərmanların qəbul cədvəlində dəyişiklik və əlavələr edə bilər. Təzyiq ciddi nəzarətdə saxlanmalıdır. Sedativ sakitləşdirici preparatlardan istifadə oluna bilər. Ürək xəstələri müayinə olunsunlar. Əgər sağlmaqlıqları imkan verirsə, səhərlər bir fincan qəhvə içə bilərlər. 

Mənbə: news.milli.az