Çin orbitə dörd peyk buraxıb

Çin orbitə dörd peyk buraxıb

Çin "Çançjen-6C" daşıyıcı raketi ilə orbitə dörd peyk çıxarıb.

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Raket Şansi əyalətindəki Tayyuan kosmodromundan start götürüb. Orbitə bulud texnologiyalarının sınağı üçün iki peyk, eləcə də "Çjunke-12" və "Çjunke-13" aparatları göndərilib.

Qeyd edək ki, bu tipli raket ilk dəfə yeni start meydançasından havaya qalxıb. Bu, "Çançjen" seriyasından olan raketlərin 683-cü uçuşudur.

Mənbə: olke.az