"WhatsApp"da yeni funksiya işə salınıb

"WhatsApp"da yeni funksiya işə salınıb

Bakı. Orxan Nəbiyev - Trend

"WhatsApp" messencerinin kompüter versiyasında yeni funksiyalar peyda olub.

Trend-in məlumatına görə, messencerin həmin versiyasında səsli mesaj və videozəng funksiyaları işə salınıb.

Qeyd olunur ki, bu funksiyalar "Windows" və "Mac" platformlarında mümkündür.

Bu günədək səsli mesaj və videozəng funksiyaları yalnız mobil telefonlarda mümkün idi.

Mənbə: az.trend.az