Türkiyədə şəhid olan general Qarabağda tətbiq edilən PUA-ların yaradılmasında iştirak edib

Türkiyədə şəhid olan general Qarabağda tətbiq edilən PUA-ların yaradılmasında iştirak edib

 

Türkiyədə helikopter qəzasında şəhid olan general Osman Erbaş PUA-ların yaradılmasında iştirak edib. Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin rəsmisi Selçuk Bayraktar yazıb.

O qeyd edib ki, gereal Osman Erbaş ilə 10 ildən artıq dostluq edib, bu müddət ərzində onlar birlikdə PUA-ların döyüş tətbiqi istiqamətində sınaqlar keçiriblər.

Türkiyədə Erbaşı Qarabağ müharibəsində Azərbaycandan gələn təlimçilərə və hərbi məsləhətçilərə kömək edən şəxslərdən biri hesab edirdilər.

 

Mənbə: ordu.az