ABŞ donanmasına “Montana” nüvə enerjisi ilə işləyən sualtı qayıq təhvil veriləcək

ABŞ donanmasına “Montana” nüvə enerjisi ilə işləyən sualtı qayıq təhvil veriləcək

“Huntington Ingalls Industries” şirkəti “Virginia” sinfinə məxsus nüvə enerjisi ilə işləyən “Montana” (SSN 794) sualtı qayığının suya buraxıldığını bildirib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sualtı qayığın dənizdə sınaqları tezliklə başa çatacaq.

“Montana” nüvə enerjisi ilə işləyən sualtı qayığın bu ilin sonunadək ABŞ donanmasına verilməsi planlaşdırılır.
 

 

Mənbə: ordu.az