Almaniyada əhalinin təxminən 5% -i koronavirusa qarşı peyvəndin birinci dozasını, 3% isə ikinci dozasını qəbul edib. Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutunun rəhbəri Lotar Viler deyib.
Onun sözlərinə görə, peyvəndin aparıldığı qruplarda, xüsusilə 80 yaşdan yuxarı qrupda xəstələrin sayı aydın şəkildə azalır.
Eyni zamanda, Viler ölkədə virusun yeni mutasiyalarının yayıldığını və onların arasında Britaniya ştammının üstünlük təşkil etdiyini bildirib.
Mənbə: azvision.az