Cənubi Koreya yeni döyüş gəmisinin istehsalına başlayır

Cənubi Koreya yeni döyüş gəmisinin istehsalına başlayır

Cənubi Koreyada yerləşən “Hyundai Heavy Industries” gəmiqayırma şirkəti ölkənin Hərbi Dəniz Qüvvələri üçün ilk “KDX-III Batch-II AEGIS” esminesinin inşasına başlayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ilk gəmi gələn ilin ikinci yarısında işə salınacaq. Cənubi Koreya donanması tərəfindən inventarizasiyanın 2024-cü ildə baş verəcəyi gözlənilir.

“KDX-III Batch-II” esmineslərinin subasımı 8100 ton olacaq və ballistik raketdən müdafiə sistemləri ilə təchiz ediləcək.

Qeyd edək ki, şirkət esmineslərin inşası üçün Cənubi Koreya hökuməti ilə 565 milyon dollarlıq müqavilə imzalayıb.

Sevinc Əliyeva
 

 

Mənbə: ordu.az