Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib

Bakı. Trend:

ABŞ-ın "Perseverance" (Əzmkarlıq) planet roveri enişdən sonra ilk dəfə Marsın səthinə kiçik məsafəni qət edib.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəsmiləri brifinqdə deyib.

"Martın 4-ü günortadan sonra Marsda ilk səyahətimizi etdik", - layihənin menecer müavini Robert Hoqq deyib. Ümumilikdə cihaz təxminən 6,5 m məsafə qət edib.

NASA mütəxəssisləri Marsın səthindən nümunələrini götürmək üçün müxtəlif elmi cihaz və alətlərin quraşdırıldığı manipulyatoru da sınaqdan keçiriblər.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Fransada gənclər küçələrdə qarışıqlıqlar törədiblər, saxlanılanlar var

SONRAKI XƏBƏR

Porno ulduzun İran mahnısının sədaları altında soyunması qalmaqal yaratdı - FOTO