"WhatsApp" messencerinin masaüstü versiyası üçün səsli və videozənglər əlçatan olub

"WhatsApp" messencerinin masaüstü versiyası üçün  səsli və videozənglər əlçatan olub

 

“Engadget” portalının məlumatına görə, “WhatsApp” messencerinin masaüstü versiyası üçün səsli və videozənglər əlçatan olub.

Metbuat.az "ICTnews"-a istinadən xəbər verir ki, indi “Windows” və “Mac” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən kompüterlərdə sözügedən messencerdən istifadə edənlər zəng edə bilərlər. “WhatsApp” messencerinin masaüstü versiyasında səsli və videozənglər həm portret, həm də albom formatını dəstəkləyir.

Sözügedən messencerin tərtibatçıları 2020-ci ilin sonundan bu funksiyanı sınaqdan keçirirdilər. Hazırda yalnız iki istifadəçi arasında zəng etmək mümkündür. Ola bilsin ki gələcəkdə messencerə qrup səsli və videozənglər imkanı da əlavə edilsin.

 

 

Mənbə: metbuat.az