Google Chrome istifadəçi yönümlü yenilənmə edib

Google Chrome istifadəçi yönümlü yenilənmə edib

Google Chrome istifadəçilərinin yeni xüsusiyyətləri daha sürətli əldə etməsinə imkan verən dörd həftəlik buraxılış dövrünə keçdiyini açıqladı. İndiyə qədər Google Chrome yeniləmələrini altı həftədən bir yayımlayırdı və on ildən çoxdur ki, bu belə idi. Ancaq indi yeniləmələr 4 həftədən bir gələcək.

Chrome üçün test proseslərinin yaxşılaşdığına görə, istifadəçilərin yeni xüsusiyyətlərdən daha sürətli faydalana bilməsi üçün yayım dövrünün qısaldılmasının qaçılmaz olduğunu söyləyir. Dəyişikliklərlə əlaqədar olaraq Chrome Əməliyyatları üzrə Texniki Proqram Meneceri Alex Mineer məsələ ilə bağlı "Chrome-u inkişaf etdirməyə və istifadəçilərimizə ən yaxşı təhlükəsizlik, sabitlik, sürət və sadəliyi təqdim etməyə davam etdiyimiz üçün çox xoşbəxtik." Sözlərini deyib

Mənbə: news.milli.az