Gürcüstanda təmir edilən ilk Su-25 döyüş təyyarəsi havaya qalxdı - VİDEO

Gürcüstanda təmir edilən ilk Su-25 döyüş təyyarəsi havaya qalxdı - VİDEO

Gürcüstanda təmir və bərpa edilən ilk Su-25 hücum təyyarəsi havaya qalxıb.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarənin bərpası və modernizasiyası Gürcüstanın “Tifaviastroel” və “Delta” müəssisələri tərəfindən həyata keçirilib. Gələcəkdə Gürcüstan Hərbi Hava Qüvvələrinin quru hücum aviasiyasının mərhələli şəkildə bərpası planlaşdırılır.

Gürcüstanın öz qüvvələri tərəfindən yidən qurulan və modernləşdirilən ilk Su-25 təyyarəsi həm döyüş, həm də təlim məqsədləri üçün istifadə ediləcək.

Tiflis təyyarə zavodunda Su-25 istehsalının bərpası proqramı 2020-ci ildə Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili tərəfindən elan edilib və Gürcüstanın həm öz aviasiyası, həm də ixrac üçün hücum təyyarələri istehsal edə biləcəyi bildirilib. Bu ilin fevralında Gürcüstanın yi Müdafiə naziri Cuanşer Burculadze SSRİ-nin dağılmasından sonra bağlanan təyyarə zavodunun bərpa edildiyini bildirib.

Qeyd edək ki, söhbət təyyarələrin tam istehsalından deyil, SSRİ dövründə istehsal olunan hücum təyyarələrinin bərpa olunmasından gedir.


Sevinc Əliyeva

Mənbə: ordu.az