“Rafale”lərin F3R standartı “Meteor” raketləri ilə ilk uçuşunu həyata keçirib

“Rafale”lərin F3R standartı “Meteor” raketləri ilə ilk uçuşunu həyata keçirib

Fransanın “Dassault” şirkəti tərəfindən istehsal edilən “Rafale” qırıcı təyyarəsinin F3R standartı “Meteor” raketləri ilə ilk uçuşunu həyata keçirib. Ordu.az xəbər verir ki, bu barədə Fransa ordusunun tvitter hesabında məlumat yayılıb.

Bildirilir ki, sınaqlar uğurla keçib və F3R standartı yeni bir mərhələyə qədəm qoyub.

Fransa, İngiltərə, İsveç, İtaliya, İspaniya və Almaniyanı əhatə edən əməkdaşlıq çərçivəsində MBDA tərəfindən hazırlanan “Meteor” vizual mənzilli “hava-hava” raketidir. Silah 150 kilometrdən çox məsafədə hədəfləri vura bilər və “max 4” sürətə çata bilər.
 

Mənbə: ordu.az