Avropa yeni nəsil qırıcı yaradır – 3 ölkə birləşdi

Avropa yeni nəsil qırıcı yaradır – 3 ölkə birləşdi

İspaniya Fransa və Almaniyanın birgə beşinci nəsil qırıcı təyyarə yaradılması proqramına qoşulacaq.

Axar.az xəbər verir ki, bu məlumatı İspaniya Müdafiə Nazirliyi yayıb. Nazirlik bununla bağlı artıq çərçivə razılaşmasının imzalandığını da bildirib. Razılaşmaya əsasən, Madridin layihədəki payı 33% təşkil edəcək.

Qeyd edək ki, Fransa və Almaniya 2017-ci ilin iyulunda yeni nəsil təyyarə yaradılması planını elan ediblər. Təyyarənin yaradılmasında “Eyrbas” və “Dassault Aviation” kimi şirkətlərin iştirakı nəzərdə tutulub.

 

Mənbə: axar.az