Porsche elektromobil üçün yatırımlarını artırır

Porsche elektromobil üçün yatırımlarını artırır

Porsche Xorvatiyanın elektrikli hiperkarlar və akkumulyator aqreqatları ilə tanınan Rimac avtomobil şirkətinə yatırımı artırıb. Porsche rəsmilərinin verdiyi açıqlamada şirkətin əlindəki hissələrin 15%-dən 24%-ə qaldırıldığı və elektromobil bazarı üçün Rimac-a 70 milyon avro yatırıldığı qeyd edilib.

 

TED.az xəbər verir ki, bununla Porsche artıq üçüncü dəfə elektromobilə investisiya yatırmış olacaq. 2018-ci ildə başlayan investisiyalar 2019-cu ildə də davam edib. Bir neçə ay əvvəl Hyundai Motor Company və Kia Motors birlikdə Rimac üçün 80 milyon avro sərmayə qoyub. Mate Rimac tərəfindən 2009-cu ildə qurulan şirkət 2018-ci il Cenevrə Beynəlxalq Avtomobillər Sərgisində təqdim etdiyi iki yerlik C Two elektrik hiper avtomobilləri ilə xeyli tanınıb. Təxminən iki min at gücündə istehsal edilən maşının sürəti saatda 256 mildir. Rimac avtomobilin son versiyasını 2021-ci ildə təqdim etməyi planlaşdırır.

 

Porsche AG-nin icraçı vitse-prezidenti Lutz Meschke bildirib ki, Porsche ən çox Rimac-ın inkişafı ilə maraqlanır. Həmçinin vurğulanıb ki, davamlı investisiyalarına baxmayaraq, Porsche-nin Rimac-a nəzarət hüququ yoxdur.

Mənbə: ted.az