Türkiyə “Hisar-O” raketdən müdafiə sistemini sınaqdan keçirdi

Türkiyə “Hisar-O” raketdən müdafiə sistemini sınaqdan keçirdi

Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan “Hisar-O” orta mənzilli raketlərdən müdafiə sistemi sınaqdan böyük uğurla çıxıb. Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “Twitter” hesabında məlumat paylaşıb.

Qeyd olunub ki, “Hisar-O” sistemi bu vaxtadək Türkiyədə istehsal olunan və ən uzaq məsafəyə hədəflənən müdafiə sistemidir.



 

Mənbə: azvision.az