Günəşin yerinə BAŞQA ULDUZ olsaydı... - Möhtəşəm VİDEO

Günəşin yerinə BAŞQA ULDUZ olsaydı... - Möhtəşəm VİDEO

Dünyadan 16 işıq ili radiusunda ümumilikdə 64 ulduz və 13 "qəhvəyi cırtdan" var. Onlardan biri Günəşin əvəzinə sistemin mərkəzində olsaydı, səmamız tamam fərqli olardı.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Roskosmos" mütəxəssisləri dəqiq hesablamalar apararaq bununla bağlı video hazırlayıblar.

Digər ulduzlara nisbətən Sirius Yer kürəsinin səmasına daha çox uyğun gəlir. Planetimizdən Siriusadək 8 işıq ili qədər məsafə var.

"Narıncı nəhəng" Arktur isə üfüqün yarısını tutur. Əslində bu qədər nəhəng ulduza (Arkturun radiusu Günəşin radıusundan 25 dəfə çoxdur) yaxınlıq Yer kürəsində həyatın mövcudluğunu mümkünsüz edər.

Video xəyalın məhsulu olsa da, çox gözəl alınıb.

Natəvan Baxşiyeva

Mənbə: big.az