Bitcoin-in qiyməti "Facebook xəbəri" ilə 1 ilin ən yüksək səviyyəsinə qalxıb

Bitcoin-in qiyməti "Facebook xəbəri" ilə 1 ilin ən yüksək səviyyəsinə qalxıb

Bitcoin-in qiyməti, "Facebook Inc." şirkətinin rəqəmsal bir valyuta istifadəyə təqdim edəcəyi barədə xəbərlərin təsiri ilə 9 min dolları aşaraq 2018-ci ilin May ayndan bəri ən yüksək səviyyəsini görüb.

 

"Marja" xəbər veri ki, söz mövzusu xəbər, kriptovalyutaların əsas maliyyə dünyası tərəfindən daha çox mənimsəndiyi şəklində qəbul olunub və optimizmi artırıb.

Bazar dəyəri ən yüksək kriptovalyuta olan Bitcoin-in qiyməti Cümə günü gecə saatlardan bu yana 9.4% yüksəlib və Bakı vaxtı ilə 21:40-da 9268 dollardan ticarət olunub. Rəqib rəqəmsal valyutalar da bahalaşıb. Litecoin 5%, Ethereum isə 5.5% bahalaşıb.

Mənbə: marja.az