“Apple” CEO-su Trampla görüşdü

“Apple” CEO-su Trampla görüşdü

“Apple” şirkətinin Baş icraçı direktoru Tim Kuk Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Baku.ws DHA-ya istinadən xəbər verir ki, görüşdə ABŞ və Çin arasındakı ticarət gərginliyi müzakirə edilib.

Görüşün detalları barədə isə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ - Çin “ticarət müharibəsi”nin gedişində Çinin “Huawei” şirkəti “qara siyahı”ya salınıb. Sanksiyaya “Google”, “Facebook” kimi şirkətlər də qoşulub.

Mənbə: moderator.az