“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“NetMarketShare” servisinin məlumatına görə, 2019-cu ilin mayında dünyadakı fərdi kompüterlərin 45,73%-i “Windows 10” sisteminin idarəetməsi altında işləyib ki, bu da ötən illə müqayisədə 1% çoxdur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Windows 7” sisteminin bazar payı 1 ay ərzində 36,43%-dən 35,44%-dək azalıb, 3,97% göstəriciyə malik “Windows 8.1” platforması isə üçüncü yeri tutub.

2020-ci ilin yanvarında “Windows 7” sisteminin dəstəklənməsi dayandırılır və “Microsoft” korporasiyası istifadəçilərə 900 milyon qurğuya quraşdırılmış “Windows 10” sisteminə keçid haqqında bildirişlər göndərməyə davam edir.

“Microsoft”un məlumatına görə, “Windows” sisteminin idarəetməsi altında işləyən kompüterlərdən istifadə edən şirkətlərin 66%-i 1 il ərzində və ya daha tez müddətdə “Windows 10” sistemində istifadə etməyə başlayacaq. 2019-cu ilin sonunadək nəhəng şirkətlərin 85%-i “Windows 10” sistemindən istifadəyə başlayacaq.

Kibertəhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşmış “Duo Security” şirkətinin məlumatına görə, biznes sektoru tədricən “Windows 7” platformasından imtina edir. 2018-ci ildə korporativ seqmentdə “Windows 10” sisteminin bazar payı 48%-dək yüksəlib, halbuki 1 il əvvəl bu göstərici 27% idi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə: metbuat.az