“Facebook” öz valyutasını yaradır

“Facebook” öz valyutasını yaradır

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi “Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib. Şirkətin başlıca fəaliyyəti “Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.

“Calibra” ilk məhsulunu - blokçeyn texnologiyasına əsaslanan yeni “Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək”, - deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.

Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm “Messenger”, həm də “WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.

Mənbə: www.oxu.az