Mark Zuckerberg Signal istifadəçisiymiş

Mark Zuckerberg Signal istifadəçisiymiş

Sosial media nəhəngi Facebook böyük bir sızma xəbəriylə gündəmə gəlib. Budur buradan tapılan maraqlı Mark Zuckerberg detalı. 2019-cu ildə sızan "Facebook"un 533 milyon istifadəçi məlumatı onlayn platformalara düşüb. Bu məlumatların yanvar ayından bəri hər kəsə açıq olduğu bildirilir. Keçən günlərdə, hacker forumlarında məlumat əldə etmək istəyən hər kəs pulsuz olaraq məlumat əldə edə bilib. Sızan bu 533 milyon istifadəçi məlumatı arasında telefon nömrəsi, ad, e-poçt və yer məlumatları var. Siyahıda bəzi digər vacib məlumatların da olduğu bildirilir. Bu hücumda, Facebook baş direktoru Mark Zuckerberqin məlumatları belə sızdırılıb. Bu məlumatlara CEO-nun telefon nömrəsi də daxildir. Zuckerberqin bu telefon nömrəsində Signal istifadə etdiyi ortaya çıxıb. Əlbətdə ki, "WhatsApp"a sahib olan "Facebook"un qurucusu və CEO-su ilə rəqib mesajlaşma proqramı "Signal"ın istifadəsi səs-küy yaradıb.

Mənbə: news.milli.az