Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

“Embarqo sanki yeniymiş kimi sevinənlərə söyləyirəm: yenə də Şam şeytanı (yuyulmamış qaşıq mənasına gəlir - red.) kimi təpinməyə davam edə bilərsiniz”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar Kanadanın silah satışı ilə bağlı ölkəsinə tətbiq etdiyi məhdudiyyətlə bağlı tvitter səhifəsində yazıb.

Mənbə: report.az