Rusiya ordusu 2024-cü ildə “Oxotnik” zərbə PUA-ları almağa başlayacaq

Rusiya qoşunlarına "Oxotnik” zərbə PUA-larının tədarükü 2024-cü ildə başlayacaq. Ordu.az xəbər verir ki, bu barədə Rusiya Hərbi-Sənaye Komissiyası İdarə Heyəti sədrinin birinci müavini Andrey Yelçaninov məlumat verib.

O, PUA-ların Su-57 qırıcı təyyarə pilotunun nəzarəti altında işləyə biləcəyini qeyd edib.

“Çox qısa bir müddətdə Su-57 kabinəsindən bir neçə “Oxotnik” PUA-larını idarə etmək imkanı olacaq”, - deyə Yelçaninov bildirib.

“Suxoy” Dizayn Bürosu tərəfindən hazırlanan “Oxotnik” zərbə PUA-ları ilk uçuşunu 2019-cu ilin avqust ayında reallaşdırıb. Uçuş operatorun nəzarəti altında 20 dəqiqədən çox davam edib. 2019-cu ilin sentyabr ayında PUA Su-57 döyüş təyyarəsi ilə birlikdə uçuş həyata keçirib.

PUA reaktiv mühərrikə malikdir və təxminən 1000 km/saat sürətlə hərəkət edə bilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, PUA elektro-optik, radar və digər növ kəşfiyyat üçün avadanlıqlarla təchiz edilib.

Sevinc Əliyeva
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyevin beynəlxalq konfransda çıxışı xarici medianın diqqət mərkəzində

SONRAKI XƏBƏR

65 yaşa çatmadan ölənlərin Pensiya fonduna ödədiyi pulun aqibəti necə olmalıdır?