ABŞ HHQ üçün yeni döyüş xilasetmə helikopteri istehsal edilib

ABŞ HHQ üçün yeni döyüş xilasetmə helikopteri istehsal edilib

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün HH-60W “Jolly Green II” adlı yeni döyüş xilasetmə helikopterləri hazırlanıb. Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

Bildirilir ki, yeni helikopterlər “Sikorsky” şirkəti tərəfindən istehsal edilib və son sınaqlarını tamamlayıb.

HH-60W dəqiqədə 3.000 atış edən 7.62 mm çaplı silahlarla təchiz edilib.

Axtarış-xilasetmə qüvvələri, təhlükə altında ola biləcək və ya tibbi evakuasiyaya ehtiyacı olan hərbi qulluqçuları tapmaq üçün Vyetnam müharibəsi dövründə istifadə edilən xilasetmə helikopterlərinin adını daşıyan “Jolly Green II” uzaq və təhlükəli bölgələrə uçacaq.

Sevinc Əliyeva
 

 

Mənbə: ordu.az