Qırğızıstan COVID-19-a qarşı dərman hazırladı

Qırğızıstan COVID-19-a qarşı dərman hazırladı

Qırğızıstanda koronavirusa qarşı kəpənəkçiçək bitkisindən dərman hazırlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev mətbuat konfransında məlumat verib. Nazir mətbuat konfransı vaxtı dəmlənmış halda hazırlanmış dərmandan içərək onun zərərli olmadığını göstərib.
Beyşenaliyev dərmanın isti içilməli olduğunu vurğulayaraq, soyuq halda spazm yaratdığını qeyd edib. Dərmandan gün ərzində 3-4 dəfə içilə biləcəyini, ardından soyuq su içilməsinin məsləhət bilinmədiyini və içildikdən sonra yatmaq lazım olduğunu ifadə edib.
Qeyd edək ki, Qırğızıstan prezidenti Sadır Caparov da bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Qırğızıstan həkimləri COVID-19-a qarşı hazırlanmış dərmandan ilk dəfədir müalicə metodu kimi istifadə edirlər.

Mənbə: www.yeniavaz.com