ABŞ ordusu SM-6 raketindən istifadə edərək hipersəs sürətə malik raketi vurmağa cəhd edəcək

ABŞ ordusu SM-6 raketindən istifadə edərək hipersəs sürətə malik raketi vurmağa cəhd edəcək

ABŞ-ın Raketdən Müdafiə Agentliyi Hərbi Dəniz Qüvvələrinin SM-6 raketlərindən istifadə edərək süni hipersəs sürətə malik raketi vurmağa cəhd edəcək. Ordu.az xəbər verir ki, bu barədə “Drive” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Sınaqların birincisinin bu il keçirilməsi planlaşdırılır. Hipersəs raketlərə qarşı SM-6 raketlərinin yerləşdirilməsi 2024-cü ilə qədər həyata keçiriləcək.

Ultra sürətə malik raketləri izləmək və zərərsizləşdirmək olduqca çətindir. ABŞ bu raketlərə qarşı bir neçə müdafiə layihəsi hazırlayıb. Pentaqonun ballistik raket buraxılışlarını dəqiq təyin etmək üçün istifadə etdiyi mövcud kosmik əsaslı infraqırmızı sistemin hipersəs raketlərə qarşı effektiv olmayacağı ilə bağlı şübhələr var.

“Patriot” və THAAD kimi ABŞ-ın balistik raket əleyhinə sistemlərindəki radarların hipersəs silahlarını da izləməsi mümkündür. Lakin bu sistemlər onları zərərsizləşdirmək üçün müvafiq raketlərə malik deyil.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az