Koronanın yeni variantı: Peyvəndin təsirini azaldır...

Koronanın yeni variantı: Peyvəndin təsirini azaldır...

Rumıniyanın Şuçava şəhərindəki Böyük Ştefan adına Universitetin mütəxəssisləri koronavirusun Britaniya ştammının yeni variantını aşkar ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

"Əsas narahatlıq E484K mutasiyasını ehtiva edən variantın peyvənd tərəfindən yaradılan antitellərə daha təsirli müqavimət göstərməsi və peyvəndin effektivliyini azaltmasıdır", - məlumatda bildirilib.

Universitet analizlər götürmək üçün ölkənin 7 bölgəsi ilə əməkdaşlıq razılaşması imzalayıb.

 

Mənbə: news.milli.az