Spotify Clubhouse-un rəqibini aldı

Musiqili striminq xidməti Spotify, Locker Room tərəfindən yaradılan Betty Labs şirkətini aldığını elan edib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, şirkətin press-relizində bildirilib ki, o Clubhouse-un rəqibi olacaq.

The Verge nəşrinin yazdığına görə, yeni xidmət bazardakı digər audio əlavələr - Clubhouse, Spaces və Discord ilə rəqabət aparacaq. Razılaşmanın şərtləri isə açıqlanmayıb.

Digər şirkətlər də Clubhouse-un analoqu ilə çıxış edir. Twitter də səsli əlaqə üçün Spaces adlı xidməti yoxlayır. Telegram da səsli xidmətini də elan edib. Instagram isə video rejimdə, canlı efir üçün otaqlar təqdim edib.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Keşlə" - "Sabah" - Video

SONRAKI XƏBƏR

Türkiyənin turizm bölgəsində 4,8 ballıq zəlzələ