Azərbaycanda biometrik imzalar tətbiq olunacaq

Azərbaycanda biometrik imzalar tətbiq olunacaq

Azərbaycanda biometrik imzaların tətbiqi istiqamətində işlər aparılır.

"APA-Economics"in əldə etdiyi məlumata görə, söhbət gələcəkdə e-imza kartlarını və tokenləri əvəz edəcək yeni tanınma texnologiyasından gedir. Onun vasitəsilə istifadəçilər zəruri olan sənədləri fərdi biometrik göstəricilərlə (barmaq izi, üz, göz və s.) təsdiqləyə biləcəklər.

Hazırda rəqəmli imzanın təhlükəsizliyini təmin edən SHA-1 kriptoqrafik alqoritmi daha təhlükəsiz hesab olunan SHA-2 ilə əvəz edilir.

Qeyd edək ki, SHA-1 alqoritmi 1995-ci ildə hazırlanıb. Bu alqoritmin zəif tərəfləri ilk dəfə 2005-ci ildə aşkar olunub və 2010-cu ildən sonra aparılan hesablamalar SHA-1-in kənar müdaxilələrdən sığortalanmadığını sübut edib.

SHA-1-dən fərqli olaraq SHA-2 daha təhlükəsizdir və təhlükəsiz məlumat ötürülməsi TLS, SSH və PGP protokollarına əsaslanır. Bundan əlavə, SHA-2 alqoritmi sayəsində Bitcoin və bir çox digər altkoinlər mayninq olunur.

Mənbə: apa.az