Smartfon və fərdi kompüterlər bazarı ilə bağlı proqnoz açqılanıb

Smartfon və fərdi kompüterlər bazarı ilə bağlı proqnoz açqılanıb

“Gartner” analitik şirkəti fərdi kompüter, planşet və smartfonlar bazarının vəziyyəti ilə bağlı proqnoz açıqlayıb. Şirkət analitiklərinin fikrincə, 2021-ci ildə istifadəçi əllərində bu qurğuların ümumi sayı 6,2 milyard ədədə çatacaq.

TED.az xəbər verir ki, fərdi kompüterlərin (masaüstü kompüterlər və noutbuklar daxil olmaqla) yayılmasının əsas hərəkətverici faktoru koronavirus pandemiyası olaraq qalır. Məsafədən işə keçid aktualdır ki, bunu da fərdi kompüterlərin artan satış tempi sübut edir. Hesabata görə, 2021-ci ilin birinci rübündə 69,9 milyon ədəd fərdi kompüter satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32 faiz çoxdur. Analitiklərin sözlərinə görə, bu, bazar tarixində ən böyük artımdır.

Smartfonların satışı ilə bağlı proqnozlar optimistdir. Onların ümumi satış həcminin 2020-ci ildə 2,6 faiz azalmasına baxmayaraq bu il 1 faiz artım gözlənilir. Bundan başqa, noutbuk və planşetlərin satış həcmi müvafiq olaraq 8,8 və 11,7 faiz yaxşılaşıb. Bu, iş və gündəlik vəzifələrin həllində mobilliyə artan tələbatla əlaqədardır. Bununla yanaşı, 2022-ci ildə masaüstü kompüterlərin satış həcminin 2020-ci ildəki 522 milyondan 470 milyonadək azalacağı proqnozlaşdırılır.

Analitiklərin fikrincə, 2022-ci ildə dünyada 6,4 milyard smartfon, planşet və fərdi kompüter satılacaq ki, bu da 2021-ci illə müqayisədə 3,2 faiz çoxdur.

Mənbə: ted.az