Forbes: İlon Mask və Bernard Arnonun sərvəti bir həftə ərzində 13 milyard artıb

Forbes: İlon Mask və Bernard Arnonun sərvəti bir həftə ərzində 13 milyard artıb

"SpaceX" və "Tesla"da pay sahibi olan iş adamı İlon Mask və "Louis Vuitton Moët Hennessy" (LVMH) qrupunun prezidenti Bernard Arno bir həftə ərzində sərvətlərini 13 milyard artırıb.

İnterAz RİA"Novosti"yə istinadən xəbər verir ki, bu "Forbes" milyarderlərin siyahısında ən güclü həftəlik kapital artımıdır.

Arnonun sərvəti həftənin sonunda 181,6 milyard dollara, Maskın sərvəti 179,7 milyard dollara çatıb, onlar reytinqdə ikinci və üçüncü sıralarında yer alır.

Mənbə: www.interaztv.com