Koronavirusu məhv edəcək plan açıqlandı - Dünya nəhəngləri güclərini birləşdirdi

Koronavirusu məhv edəcək plan açıqlandı -  Dünya nəhəngləri güclərini birləşdirdi

Çin və Rusiya Sputnik V koronavirus peyvəndinin istehsalı üçün razılığa gəlib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Çinin “Hualan Biological Bacterin” şirkəti ilə imzalanan sazişə görə ildə 100 milyon doza peyvənd istehsal ediləcək. Sputnik V dozasının iki mərhələli şəkildə tətbiq edildiyini nəzərə alsaq, bu ildə 50 milyon nəfərin peyvənd olunması deməkdir.Qeyd edək ki, Sputnik V peyvəndinə 60 ölkə razılıq verib. Onların ümumi əhalisi 3 milyard nəfərdir.

Mütəxəssislər hesab edir ki, bu həmlə koronavirusun yayılmasının qarşısının alınması üçün mühüm addımdır. Peyvəndin çox olması onun kasıb ölkələrə göndərilməsinə də imkan verəcək.

 

 

 

Mənbə: metbuat.az