“Apple” şirkətinin virtual reallıq şleminin təfərrüatları açıqlanıb

“Apple” şirkətinin qarışıq reallıq qarnituru 15-dək kamera ilə təchiz ediləcək. Bu haqda öz hesabatında nüfuzlu analitik Min-Çin Ko deyib.

 

TED.az xəbər verir ki, hesabata əsasən, qarışıq reallıq (AR/VR) şleminə 15-dək kamera quraşdırılacaq. Belə texniki təchizat cihazdan genişləndirilmiş və virtual reallıq rejimlərində istifadə vaxtı istifadəçidə maksimum iştirak hissi yaratmağa imkan verəcək.

 

Həmçinin mütəxəssis ABŞ şirkətinin bu seqmentdə gələcək məhsulları ilə bağlı təfərrüatları açıqlayıb. Min-Çi Ko hesab edir ki, “Apple” şirkəti sözügedən qarniturdan sonra virtual reallıq eynəyi istehsal edəcək. Mütəxəssisin erkən hesabatına əsasən, şirkətin 2022-ci ildə təqdim ediləcək ilk VR şleminin qiyməti təxminən 1000 dollar təşkil edəcək.

 

Jurnalistlərin fikrincə, “Apple”ın qarniturunda kameralar həm cihazın xaricində, həm də daxilində yerləşdiriləcək. Sonuncu istifadəçinin diqqətini izləyəcək.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Supervarlıların daha da varlanmaq istəyi...

SONRAKI XƏBƏR

Bu ölkəyə xarici vətəndaşların giriş-çıxış qadağası LƏĞV EDİLDİ