“Toyota” 2025-ci ilədək 15 elektromobil təqdim edəcək

“Toyota” 2025-ci ilədək 15 elektromobil təqdim edəcək

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor Corporation” yeni strategiyasını elan edib. Şirkət elektrikli avtomobillərin istehsalı ilə məşğul olacaq və 2025-ci ilədək 15 elektromobil modeli buraxacaq.

“Report” “The Verge” nəşrinə istinadən xəbər verir ki, ilk elektrikli avtomobil 2021-ci ilin sonuna kimi təqdim edilə bilər.

Ümumilikdə isə “Toyota” 2025-ci ilədək hibrid modellər və yanacaq özəkləri olan elektromobillər daxil olmaqla 70 yeni avtomobil buxacaq.

Mənbə: report.az