Üst-üstə iki maska koronavirusdan ideal qoruyur – Alimlər təsdiqlədi

Üst-üstə iki maska koronavirusdan ideal qoruyur – Alimlər təsdiqlədi

İki qoruyucu maskadan istifadə, havanın süzülməsinin effekivliyini artırır. Əgər havada koronavirus hissəcikləri varsa, iki maska taxan insan virusdan daha yaxşı qorunmuş olur.

Olaylar xəbər verir ki, Şimali Karolina Universitetinin alimlərinin idiasına görə, maskalar həmin hissəciklərin ağız və burun boşluğuna düşməsinə imkan vermir, buna görə virus tənəffüs yollarına keçərək, iltihabi proseslərin inkişafına səbəb ola bilmir.

Mütəxəssislərin apardığı eksperiment sübut etdi ki, insanın üzünə kip oturan parça havanın daha yaxşı süzülməsinə səbəb olur. İki maska parça ilə üzün dərisi arasındakı boşluğu bloklayır.

Amma alimlər sözügeən vəziyyətdə insanın özünü necə hiss etdiyi barədə danışmır. Çox guman ki, iki qoruyucu maska geyən insan hərəkətdə olanda, yaxud fiziki gərginlik zamanı nəfəs almağa çətinlik çəkəcək. sfera

Mənbə: olaylar.az