Ekspert astronomiya fənninin yenidən tədrisə salınmasını təklif edir – SƏBƏB

Ekspert astronomiya fənninin yenidən tədrisə salınmasını təklif edir – SƏBƏB

Təhsil üzrə eksopert Kamran Əsədov Astronomiya fənninin tədris proqramlarında yenidən bərpa olunmasını təklif edib. TED.az xəbər verir ki, bu barədə ekspert feysbuk səhifəsində paylaşım edib:

“Nasa Marsda ilk dronunu uçurdu. Əslində, 2020-2021-ci ildə texnologiya sahəsində böyük inkişaf prosesləri yeni dövrdən xəbər verir.

Mən NASA-nın fəaliyyətini portallarından uzun müddətdir yaxından izləyirəm.

Baş verənlər onu göstərir ki, təhsil, xüsusi ilə ali təhsil nəticəyönümlü olmalıdır. Bizim ali təhsil sistemində ciddi islahatlara ehtiyac var. Məsələ hansısa qanunun qəbul edilməsi ilə bitmir.

İnqilabi dəyişiklik edilməlidir: ali təhsildəki ölü ixtisaslara qəbul dayandırılmalı, bir çox ixtisaslar üzrə plan yerləri azaldılmalıdır.

Texnologiya dövrü təhlükəli deyil, əksinə insan həyatının təhlükəsizliyi və az itkisi üçündür.

Bizə daha çox kənd təsərrüfatı, tibb, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, robototexnika ixtisasları üzrə kadrların hazırlanması lazımdır.

Digər ixtisaslar da lazımdır, amma bu qədər çox yox.

vvəllər məktəblərdə Astronomiya fənni var idi, sonra çıxardılar. Məncə o fənni yenidən bərpa etmək lazımdır.”

Mənbə: ted.az