ABŞ altıncı nəsil döyüş təyyarəsinin prototipini hazırlamaq üçün işlərə başlayır

“Northrop Grumman”, “Lockheed Martin” və “Boeing” şirktələri ABŞ Ordusu üçün gələcək altıncı nəsil döyüş təyyarələrinin yaradılması proqramında iştirak edir. Ordu.az xəbər verir ki, bu barədə amerikalı hərbi ekspert Kris Ozborn “The National Interest” nəşrində dərc olunan məqaləsində qeyd edib.

O qeyd edib ki, şirkətlər altıncı nəsil döyüş təyyarələrinin müasir texnologiyaları üzərində işləyirlər.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələri təyyarənin hansı formada olacağına və hansı texnologiyalardan istifadə ediləcəyinə qərar verməsə də, inteqrasiya olunacaq sensorlar, silahlar, şəbəkələr barədə aktiv araşdırma aparır.

Altıncı nəsil döyüş təyyarəsi əvvəllər sadəcə konsepsiya olsa da, hazırda prototipin hazırlanması üçün müxtəlif investisiyalar axtarılır.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağa qayıdış planı - VİDEO

SONRAKI XƏBƏR

Başından güllələnən Aygülün anası qızına deyilən sözlərdən DANIŞDI - FOTO