Robotlar bizim dostumuz olacaqmı?

2012-ci ildə çəkilən “Robot və Frenk” filminin baş qəhrəmanı erkən demensiya simptomlarından əziyyət çəkməyə başlayır. Onun özünü narahat və günahkar hiss edən oğlu danışa və ev işlərini yerinə yetirə bilən “ev robotu”nu alır. Əslində real həyatda da belə bir robot yaratmağa yaxınıq.

Frenk əvvəlcə robotla yaşamaq perspektivindən şoka düşür, lakin tədricən onu faydalı və sosial cəhətdən məqbul hesab etməyə başlayır. Filmin sonunda insanla maşın arasındakı əlaqə o qədər güclənir ki, hər hansı bir problem ortaya çıxanda Frenk robotun tərəfini saxlayır.

Bu, əlbəttə ki, mövcud olmayan bir hekayədir. Buna baxmayaraq, insan və maşın arasındakı müxtəlif növ əlaqələri nəzərdən keçirməyə məcbur edir. Son araşdırmalarımda bu mövzunu ətraflı öyrəndim. Vəziyyətə daha geniş baxdım və insanın robotla dostluğunun nə dərəcədə mümkün olduğunu qiymətləndirdim.

Mən və həmkarlarım insan-dostlardan imtina etmək kimi bəzi potensial riskləri müəyyən etdik. Bununla yanaşı, robotlarla ünsiyyətin insanların həyatını konstruktiv şəkildə yaxşılaşdıracağı bir neçə ssenari qurduq.

Dostluq fəlsəfəsi

Robototexnika fəlsəfəçisi Con Danaher dostluğun nə demək olduğuna dair çox yüksək standart qoyur. Başlanğıc nöqtəsi olaraq mütəxəssis Aristotelin bəhs etdiyi “əsl” dostluğu götürür. O, mükəmməl dostluğun qarşılıqlı xoşniyyət, heyranlıq və ümumi dəyər üçün bir şərt kimi görür. Bu mənada dostluq bərabərhüquqlu əməkdaşlıqdır.

Aristotelin meyarlarına cavab verən bir robot yaratmaq böyük texniki problemdir və, Danaherin özünün də etiraf etdiyi kimi, hələ uzaq gələcəkdədir. Bu hədəfə çox yaxın görünə bilən robotlar, məsələn, “Hanson Robotics”in Sofiyası, davranışlarını əvvəlcədən hazırlanmış cavablar kitabxanasına söykəyir: bu, insana bənzəyən “chat-bot”dur. “Alexa” və ya “Siri” ilə söhbət etməyə çalışan hər kəs bilir ki, süni zəka bu istiqamətdə hələ xeyli inkişaf etməlidir.

Aristotel “qüsurlu” dostluğun digər növlərindən də bəhs edirdi. Məsələn, “utilitar” və ya “xoş” dostluq. Onlar “əsl” dostluqdan çox fərqlənirlər, çünki adətən tərəflərə qeyri-bərabər fayda verirlər.

Süni amiqos

Bəzən robotlarla münasibət sadəcə insanlar, ev heyvanları və əmlak kimi dünyamızın digər hissələri ilə qurduğumuz əlaqələrin təbii inkişafıdır. Psixoloqlar hətta insanların kompüter və televizor kimi media tapıntılarını necə insanlaşdırdığını da müşahidə edirlər.

Robot-humanoidlərin ev kompüterlərindən daha cəlbedici olduğunu düşünə bilərsiniz. Bununla birlikdə, “robot etikası” sahəsində robotlarla dostluq qura biləcəyimiz və ya bilməyəcəyimiz barədə fikir birliyi yoxdur. Robot texnikasının etik prinsiplərinin siyahısını tərtib etmiş nüfuzlu ingilis tədqiqatçı qrupu üçün insanla robot arasındakı “yoldaşlıq” – oksimorondur. Bir sözlə, buna ehtiyatla yanaşmaq lazımdır. Bu tədqiqatçılar üçün duyğuları təqlid edə bilən subyektlərə enerji sərf etmək, insanlar arasında bağ qurmaqdan daha az faydalı olacaqdır.

Lakin insanlar onsuz da qabyuyan maşından daha aşağı qiymətə alına bilən tozsoran və ya qazonbiçən maşın kimi sadə robotlarla əlaqələrini inkişaf etdirirlər. Bir çox insan bu robotlara ləqəb verir, bəzilərini hətta özü ilə məzuniyyətə aparır.

Robotlarla emosional əlaqəyə dair başqa bir dəlil də var. Məsələn, “Sony Aibo” robot-itlərə xeyir-dua vermə mərasimi və ya robot “Bumer”in Amerika ordusu tərəfindən medallarla təltif edilməsi.

Bu hekayələr və əlimizdə olan psixoloji dəlillər onu göstərir ki, biz süni şəkildə yaradıldığını bildiyimiz əşyalarla emosional əlaqələri genişləndirməyi bacarırıq. Bəs bu bağlar insanlar arasındakı dostluqla müqayisə edilə bilərmi?

Əsl dostluq?

İş yoldaşımla insan münasibətlərinə dair geniş ədəbiyyata nəzər yetirdik ki, Bir iş yoldaşımla insan münasibətlərinə dair geniş ədəbiyyata nəzər yetirdik ki, tapdığımız konsepsiyaların robot ünsiyyətinə necə tətbiq olunacağını başa düşək. Və məlum oldu ki, insanlar arasındakı dostluq əlaqələrinin böyük hissəsi Aristotelin nümunəsinə uyğun gəlmir.

Biz insan münasibətlərinin geniş spektrini tədqiq etdik: qohumlardan və sevgililərdən tutmuş valideynlərə, qəyyumlara və xidmət təminatçılarına qədər. Və bu münasibətlərin bir neçəsi tamamilə bərabərdir.

Buna görə insanlar və robotların Aristotelin nümunəsindəki kimi, mükəmməl dostluq qurmalarını gözləməyin, çünki bu, hətta insanlar arasındakı münasibətlərin çata bilmədiyi yüksək standart təyin edəcək.

Məlumdur ki, sosial qarşılıqlı əlaqələr faydalıdır və insanın ehtiyaclarından biridir. Çox güman ki, robotlarla münasibətlər insanları köklü sosial əlaqələrə olan istəklərini təmin edəcək, məsələn: fiziki rahatlıq, emosional dəstək və xoş sosial mübadilə.

Araşdırmamızda bəzi potensial risklər də müzakirə edildi. Onlar robotla qarşılıqlı əlaqənin insanlarla qarşılıqlı əlaqədən daha vacib ola biləcəyi şəraitdə ortaya çıxır, məsələn, müalicə zamanı. Bunlar vacib problemlərdir, amma ehtimal ki, qaçılmaz deyil.

Tədqiqatlarda əks təsirin də dəlilləri mövcuddur: robotlar insanlar arasındakı sosial qarşılıqlı əlaqəni dəstəkləyir, ona sosial bacarıqlarını inkişaf etdirməyə və ya özünəgüvəni artırmağa kömək edir.

Bəlkə də, çoxumuz Frenkin yolunu tutacağıq: əvvəlcə güləcəyik, sonra isə robotların yaxşı yoldaş ola biləcəyini anlayacağıq. Araşdırmamız göstərir ki, bu, Aristotelin təsdiqlədiyi şəkildə olmasa da, artıq baş verir.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Cinsi orqanı kəsilən uşağın anası - "O qadın uşağımı yenə hədələyir"

SONRAKI XƏBƏR

İcbari sığortadan sonra arayışın pulla verilməsi iddiasına - RƏSMİ