“Şəhid-191” ABŞ təyyarədaşıyanının üstündən uçdu İRAN MEYDAN OXUDU,+VİDEO

“Şəhid-191” ABŞ təyyarədaşıyanının üstündən uçdu İRAN MEYDAN OXUDU,+VİDEO

İranın qanadlı raketlərlə silahlanmış strateji zərbə pilotsuz təyyarəsi Fars körfəzində ABŞ-ın USS Dwight D. Eisenhower təyyarədaşıyan gəmisinin üstündən uçub. Virtualaz.org xəbər verir ki, bu kadrları İranın “Press TV” telekanalı özünün Twitter səhifəsində paylaşıb.

“Shahed-191” pilotsuz döyüş təyyarəsi Amerika təyyarədaşıyanının göyərtəsini havadan müşahidə edib və görüntülər çəkib. Pilotsuz təyyarənin çəkdiyi görüntülərdə təyyarədaşıyanın göyərtəsindəki qırıcı-bombardmançılar əks olunub. Onların arasında F/A-18E/F Super Hornet bombardmançıları, vertolyotlar və digər texnika yer alır. Təyyarədaşıyan qruplaşmasına cəmi 90 təyyarə və vertolyot daxildir. Təyyarədaşıyan Hörmüz körfəzində üzərkən İran dronuna “yaxalanıb”.

Bir neçə il əvvəl İran ABŞ-ın “RQ-170 Sentinel” pilotsuz təyyarəsini radioelektron mübarizə kompleksinin köməyi ilə öz ərazisinə endirib. Daha sonra onun “surətini” hazırlayıb və ona "Shahed-191" adı verib. İran hazırda bir neçə tip pilotsuz təyyarələr istehsal edir.

Bundan əvvəl ABŞ-ın Mərkəz komandanlığının rəhbəri, general Kennet Makkenzi bildirmişdi ki, İran silahlı qüvvələri hazırda Vaşinqtonun milli təhlükəsizliyi üçün təhdid təşkil edir. Onun sözlərinə görə, Tehran regionda kəşfiyyat missiyası üçün orta və kiçik ölçülü pilotsuz aparatlardan geniş istifadə edir, nəticədə Koreya müharibəsindən bu yana ilk dəfədir ki, ABŞ havada tam üstünlüyü əldən verib.

Virtualaz.org

Mənbə: virtualaz.org