Cənubi Koreya ABŞ-dan F-35B döyüş təyyarələri ala bilər

Cənubi Koreya ABŞ-dan F-35B döyüş təyyarələri ala bilər

Cənubi Koreya ölkənin müdafiə qabiliyyətini artırmaq üçün 2033-cü ilə qədər öz resursları ilə 30.000 tonluq yüngül aviadaşıyıcı inşa etməyi planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, gəminin inşasına təxminən 1.8 milyard ABŞ dolları xərclənməsi gözlənilir. Ancaq parlamentin bəzi üzvləri bahalı gəminin inşasına narahatlıqla yanaşırlar.

Bundan başqa, avidaşıyıcı üçün əlavə 20-yə yaxın şaquli qalxma və enmə qabiliyyəti olan təyyarənin alınması planlaşdırılır. Bunun üçün 2.2 milyard dollar vəsait ayrıla bilər. Cənubi Koreya bu qabiliyyətə sahib təyyarələri ABŞ-dan ala bilər. ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-35B təyyarələri şaquli qalxma və enmə qabiliyyətinə malikdir.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az