Türkiyənin “Boran” yüngül haubitsasının kütləvi istehsalı başlayacaq

Türkiyənin “Boran” yüngül haubitsasının kütləvi istehsalı başlayacaq

Türkiyənin MKEK (Mexanika və Kimya Sənayesi) şirkəti tərəfindən hazırlanan 105 mm-lik daşınabilən yüngül yedəkli “Boran” haubitsasının tezliklə kütləvi istehsalı başlayacaq. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İlk haubitsaların bu ilin iyun ayında Türkiyə ordusuna verilməsi planlaşdırılır.

Artilleriya vasitəsi 17 km təsirli atış məsafəsinə malikdir və bir dəqiqədə altı atış edə bilir. Sistem beş nəfərlik heyət tərəfindən idarə olunur.

Məlumata görə, haubitsa atəşə 60 saniyə ərzində hazırlana bilər.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az